Çexiyanın daxili işlər naziri Milan Hovants Aİ-nin ictimai fikrə təsir edən “Rusiya təxribatı” ilə mübarizə mərkəzinin yaradılmasını elan edib.
Oxu.Az RT-yə istinadən xəbər verir.
Hovantsın sözlərinə görə, 20 nəfərdən ibarət dəstə ictimai məkanda yanlış informasiyanın qarşısını alacaq və məmurları bu qəbildən olan informasiya ilə işləməyi öyrədəcəklər.
“Biz hər smartfona daxil olmaq istərdik”, - “Reuters” çex nazirinin sözlərindən sitat gətirib.
O əlavə edib ki, mərkəz “Facebook”, “Twitter” və digər sosial şəbəkələr vasitəsilə yanlış informasiyaya real zaman kəsiyində reaksiya verəcək.
N.O.
www.oxu.az