Müğənni Röya Ayxan 4 günlük konsertinə nə qədər vəsait sərf etdiyi barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, ATV telekanalında yayımlanan “Onlar” verilişinə müsahibəsində Röya bunları deyib:
“Həmişə arzum idi ki, bütün divarlar bağlansın, səhnəyə baxanda başqa yer görünsün. İlk dəfə belə bir səhnə qurulur. Bu cür səhnə çox böyük vəsait tələb edir. 250 min AZN-dən çox vəsait xərclənib. Ona görə də istəyirəm ki, siz mənim əziyyətimi dəyərləndirəsiniz”.
Aytən Sadıqzadə
www.oxu.az