Xalq artistinə xəstəxanada baş çəkməyə gedənlər ziyarət zamanı çəkilən fotoşəkilləri sosial şəbəkələrdə paylaşıblar.
Oxu.Az xəbər verir ki, bir çox məşhurlarla yanaşı, ATV telekanalında yayımlanan “Özünə bax” müsabiqəsinin layihə rəhbəri Ruhi Əliyeva da xalq artistinə baş çəkib.
Prodüser Toliklə birgə xəstəxanaya gedən Ruhi ona bişirilmiş bütöv bir quzu aparıb. Səhhətinin yaxşı olduğu görülən İ.Quliyeva, hətta quzunun dadına da baxıb.
Aytən Sadıqzadə
www.oxu.az