2018-ci ildə Rusiya yenidən “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək. Lissabonda keçiriləcək yarışmanın təşkilatçıları iştirakçıların tam siyahısını açıqlayıblar. Rusiya da daxil olmaqla, müsabiqədə 42 ölkə çıxış edəcək.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, ötən il “Eurovision” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə keçirilib. Rusiyanın “Eurovision-2017”-dəki təmsilçisi Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoymuş, buna görə Rusiya ötənilki müsabiqədə təmsil olunmamışdı.
Qeyd edək ki, “Eurovision – 2018”-in finalı mayın 12-də keçiriləcək. Müsabiqədə Azərbaycan təmsilçisi də iştirak edəcək. Hələlik onun kim olduğu açıqlanmayıb.
A.S.
www.oxu.az