Azərbaycanı 2010-cu ildə “Drip drop” adlı mahnı ilə “Eurovision”da təmsil edərək 5-ci yerə layiq görülən Safura Əliyeva İsveçə yollanıb.
Oxu.Az xəbər verir ki, ölkənin paytaxtı Stokholm şəhərində təşkil olunan tədbirlərin birində iştirak edən S.Əliyeva məşhur aktrisa İzabella Skorupko ilə görüşüb.
O, sosial şəbəkədə modellə birgə fotoşəklini paylaşaraq “gözəl və istedadlı qadın ilə” şərhini yazıb.
Qeyd edək ki, Safura Əliyeva Bodrumda 5 iyul 2013-cü ildə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurub. 10 avqust 2014-cü ildə isə cütlüyün oğlu anadan olub.
:640.jpg)
A.S.
www.oxu.az