Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Selena Qomes və Benni Blanko: Müğənninin anasının başlatdığı həqiqi məhəbbət yolu
Məşhur amerikalı müğənni, aktrisa Selena Qomes və onun nişanlısı, tanınmış musiqi prodüseri Benni Blanko tanışlıqlarının və romantik hisslərinin başlanğıcının təfərrüatını bölüşüblər.
Oxu.Az-ın verdiyi məlumata görə, ulduz cütlük bu barədə "Interview" jurnalına verdikləri müsahibədə danışıblar.
Məlum olub ki, gələcək sevgililərin ilk görüşü hələ 2013-cü ildə Selenanın anasının sayəsində baş tutub. O, bu görüşü Qomes dünya şöhrətli müğənni olmamışdan çox əvvəl təşkil edib. O vaxt Benni Blanko artıq istedadlı prodüser kimi tanınırdı.
"Bu, 2013-cü ildə baş verdi, ilk birgə işimiz olanda. Onun anası istəyirdi ki, biz musiqi barədə müzakirə edək", - deyə Benni olanları xatırlayıb.
O vaxtdan bəri Selena və Benninin peşəkar yolları dəfələrlə kəsişib, lakin onlar arasında romantik münasibətlər xeyli sonra yaranıb. Blankonun özü əvvəlcə müğənninin hisslərindən xəbərsiz olub, lakin artıq ikinci görüşdə prodüser öz taleyini tapdığını başa düşüb və Selena ilə münasibət qurmağa qərar verib.
Bu yaxınlarda sevgililərin münasibətlərində daha bir ciddi addım atdıqları məlum olub - onlar Beverli-Hillzin prestijli rayonunda ispan üslubunda möhtəşəm malikanə alıblar. Onların ilk ailə yuvasının dəyəri 35 milyon dollar təşkil edib. Geniş evdə yeddi yataq otağı, 12 hamam otağı, kitabxana, böyük spiral pilləkən, oranjeriya, fitnes mərkəzi və hovuz var. Selena və Bennidən əvvəl elit daşınmaz əmlakın sahibi adı gizli saxlanılan məşhur Hollivud rejissoru olub.