Xalq artisti Səməd Səmədov ailəsi ilə birgə Türkiyəyə istirahətə yollanıb.
Oxu.Az-a bu barədə ifaçının özü məlumat verib.
“Hər il istirahətimi ya bağımda, ya da Azərbaycandan kənarda edirdim. Amma istədim ki, bu il fərqli və ailəmlə birgə dincəlim. Elə buna görə də oğlum və qızım ailəsi ilə birgə bizimlə Türkiyəyə yola düşdü. Nəvələrim də yanımdadır. Burada hər şey çox gözəldir. Bakıya qayıdandan sonra yeni mahnımı dinləyicilərin ixtiyarına verəcəyəm”, - deyə müğənni bildirib.
Aytən Sadıqzadə
www.oxu.az