Türkiyəli müğənni Sərdar Ortaç multipl skleroz xəstəliyindən əziyyət çəkir.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu haqda ifaçının özü məlumat verib.
“Bəzən əllərim və ayaqlarım tutulur, gəzə bilmirəm”, - deyə o bildirib.
Multipl skleroz - mərkəzi sinir sisteminin ağ maddəsinin iltihabi neyrodegenerativ xəstəliyidir. Bu zamanı baş beyin və onurğa beynində sinir lifləri və onları əhatə ədən mielin qişası zədələnir.
A.S.
www.oxu.az