Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Serdar Ortaç lüks villasını satışa çıxardı: Evin qiyməti heyrət doğurdu
Məşhur türkiyəli müğənni Serdar Ortaç son zamanlar yaşadığı maddi sıxıntıları ilə gündəm olub. İddialara görə, müğənni İstanbulun məşhur Sarıyer rayonunda yerləşən son evini də satışa çıxarıb.
Bu barədə Oxu.Az Türkiyegazetesi-nə istinadən xəbər verir.
Ortaçın ev üçün istədiyi qiymət isə heyrət doğurub.
Məlumata görə, sənətçi illərdir yaşadığı evini 10 milyon dollara (340 milyon lirə) satışa çıxarıb. Həmçinin onun Caddebostan rayonuna köçmək qərarına gəldiyi də bildirilir.
Xatırladaq ki, keçmiş həyatına görə peşman olduğunu tez-tez dilə gətirən Serdar Ortaç son zamanlar "TikTok"da canlı yayımları ilə diqqət mərkəzində qalmağa davam edir.
Uzun illərdir MS xəstəliyi ilə mübarizə aparan müğənninin ötən aylarda yeriməkdə də çətinlik çəkdiyi müşahidə edilib.
"Serdar Ortaç" teqi üzrə xəbərlər
- Serdar Ortaçın həbs hökmü təxirə salınıb
- Maltadakı konsert Serdar Ortaç kimi, Keremcan Durmaza da baha başa gəldi: Həbsinə qərar verildi
- Serdar Ortaçın da adının hallandığı qumar cinayəti ilə bağlı daha bir məşhur saxlanıldı
- Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu
- Sərdar Ortaç: "Sol qolumu da itirdim, ölmək istəyirəm"