Rusiyanın məşhur pop-qruplarından biri “Serebro” bu günlərdə Dalga Beach Nightclub-da konsert porqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, qrupun növbəti konserti Bakıda uğurla keçib, bunu qrupun solistlərinin İnstaqramda yazdıqları şərhlərdə görmək mümkündür.
“Bakı küləklər evidir. Bəlkə ona görə də bu şəhər bu qədər sevimlidir. Çox sağ ol, Bakı! Bu məhəbbəti necə təsvir edəcəyimi bilmirəm. Bakını çox sevirik”, -deyə qrupun üzvləri İnstaqram sosial şəbəkəsində yazıblar. Onlar həmçinin Azərbaycanın paytaxtını “Kosmik şəhər” və “Mənim məhəbbətim” adlandırıblar.