Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Serenay Sarıkayanın ifadəsi alınacaq: Baş Prokurorluğa çağırıldı
Bir çox məşhurun meneceri olan Ayşe Barım haqqında sosial mediada yer alan iddialarla bağlı istintaq çərçivəsində aktrisa Serenay Sarıkaya şahid qismində ifadə vermək üçün prokurorluğa çağırılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sözcü" xəbər yayıb.
Bildirilir ki, o, yanvarın 15-də İstanbul Baş Prokurorluğuna getməlidir.
Xatırladaq ki, Türkiyədə "ID Consulting Limited Company" şirkətinin təsisçisi və ortağı Ayşe Barım barəsində istintaq aparılır. O, film sektorunda inhisarçılıq iddiaları ilə də gündəmə gəlib. Barım özünə qarşı əks fikirdə olan aktyorları sektordan uzaqlaşdırmaqda ittiham olunur.
İstintaq prosesində Barımın ölkədən çıxışına qadağa qoyulub.
"Serenay Sarıkaya" teqi üzrə xəbərlər
- Serenay Sarıkayanın son görüntüləri pərəstişkarlarının narahatlığına səbəb oldu
- Serenay Sarıkayanın qalmaqallı meneceri saxlanıldı
- Türkiyədə məşhur aktrisa Deniz Işın məhkəməyə çağırıldı: Ayşe Barım istintaqı davam edir
- Serenay Sarıkayanın ifadəsi ortaya çıxdı: Sevgilisi ilə birlikdə olmaq üçün 5 milyon dollar alıb?
- Serenay Sarıkaya şahid qismində ifadə verdi