Türkiyənin məşhur müğənnisi Sezen Aksu Anadolu Yakası Küçüksuda studiya kimi istifadə etdiyi və tez-tez dostlarını qonaq apardığı evin 22 min lirə ( təxminən 11 119,5 manat) təşkil edən iki aylıq kirayəsini ödəmədiyi üçün məhkəməyə verilib.
Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.
Mülkün sahibi S.Aksudan dəfələrlə kirayə haqqını tələb etsə də, ifaçı buna əhəməiyyət verməyib. Sonda iş məhkəməlik olub.
Aytən Sadıqzadə
www.oxu.az