Sima Şərafətdinovanın ötən mövsümdəki “İşte benim stilim”lə bağlı “Azad Azərbaycan” televiziyasında yayımlanan “Onlar” verilişinə açıqlaması türkiyəli münsifləri əsəbiləşdirib.
Oxu.Az xəbər verir ki, “İşte benim stilim all star”ın ötəngünki buraxılışında münsiflərdən Nur Yerlitaş Sima Şərafətdinovanın Azərbaycan telekanalına müsahibəsində müsabiqəni və münsifləri pislədiyini söyləyib.
Nur Yerlitaş Simaya üzünü tutaraq “Sən Azərbaycan telekanalına müsahibə verib, bizi pisləmisən. Mən həmin video-görüntünü izlədim.
Sənin hansı ölkədən gəlməyin mənə maraqlı deyil, istəyirsən başqa planetdən gəl, fərqi yoxdur, sən burada iştirakçısan.
Haqqında yazılan ya yaxşı, ya da pis şərhlər məni maraqlandırmır, bunlar bu proqram üçün ölçü vahidi deyil, amma danışılır. Heç kimin danışmasına mane ola bilməzsən”.
Daha sonra Yerlitaş qızların yorğun olduğunu və artıq əsəblərinə hakim ola bilmədiklərini söyləyərək Simadan qızlara bir az anlayışlı olmasını istəyib.
Kadrlara 1.40-cı dəqiqədən baxa bilərsiniz:
Xatırladaq ki, Sima “Onlar”a açıqlamasında bunları demişdi:
“Məni yarışmada hazırlaşmağa qoymurdular, rəflərimi dağıdırdılar. Zeynəb adlı iştirakçı başıma ayaqqabı atdı. Həmin hadisəni Nur Yerlitaş gördü. Mən də həmin an Zeynəbi təhqir etdim. O da məni şantaj etməyə başladı. Yaradıcı heyətə dedim ki, “Ya Zeynəb, ya mən”. Onlar da razılaşmadı. Hətta məndən Zeynəbdən üzr istəməyimi də tələb etdilər. Amma ona başıma ayaqqabı atdığına görə, heç bir söz demədilər.
Atam Türkiyəyə gəldi və dedi ki, yarışmadan çıx, narahat olma. Məhkəmə ilə müqaviləni geri qaytardım. Heç bir təzminat ödəmədim. Çünki onların müqaviləsi o qədər də ciddi deyildi. Orada baş verən hadisələrin hamısı əvvəlcədən düzülüb-qoşulurdu”.
Aytən Sadıqzadə
www.oxu.az