Dünyaca məşhur amerikalı rejissor Kventin Tarantino İsrail müğənnisi Daniela Piklə nişanlanıb.
Oxu.Az-ın Kulis.az-a istinadla məlumatına görə, onlar 2009-cu ildə tanış olublar. Tarantino filminin reklamı üçün İsrailə gəlib. Onlar bir neçə il bərabər yaşayıblar, ancaq sonra ayrılıblar. Cütlük 2016-cı ildə yenidən birlikdə olub.
Daniela Pik Tarantinonun təklifini müsbət qarşılayıb və rejissorla xoşbəxt olacağını bildirib.
Xanımın atası musiqiçi Svika Pik də bu münasibətlərin onların ailəsi üçün xoş xəbər olduğunu açıqlayıb.
Bundan əvvəl Tarantino demişdi ki, evliliyə hazır deyil, çəkdiyi filmdən başqa onu heç nə düşündürmür.
Xatırladaq ki, Tarantinonu Azərbaycan tamaşaçısı “Kriminal qiraət” filmi ilə tanıyır. Rejissor 54 yaşındadır.
A.S.
www.oxu.az