Türkiyənin meqastarı, dünya ulduzu Tarkan Bakıya gəlir.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai məlumat yayıb.
O qeyd edir ki, müğənni “Formula 1” Azərbaycan Qran-Prisinin açılışında səhnəyə çıxacaq.
Açılış mərasimi iyunun 23-də keçiriləcək.
A.S.
www.oxu.az