Məşhur prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə şou-biznes nümayəndələrinə ismarıc göndərib.
Oxu.Az indi həmin yazını olduğu kimi sizə təqdim edir.
“Kimisi çıxır şou-biznesi bəyənmir, kimisi sənətkaram deyib, amma boş otura bilmir, çıxır maqazin verilişinə, kimisi kiminsə ayıblarını açıb ortaya qoyacağını deyir, kimisi də yadından çıxıb gecə saat 3-də kiminsə bağında gedib göz yaşı töküb, ondan məsləhət alıb, indi isə bəyənmədiyini deyir! Siz nə gündəsiniz, ay bədbəxtlər?! Nə toyunuz var, nə işiniz var, amma mənəm-mənəm deyirsiniz. Hərdən bir özünüz üçün fikirləşirsiniz ki, siz heçkimsiniz!!! Gör, mənim ağzım açılsa bəs nə olar? Bunu fikirləşmisiniz?”

Aytən Sadıqzadə
www.oxu.az