“Survivor” yarışması və məşhur model Adriana Limaya oxşarlığı ilə diqqət çəkən Fatmagül Fakının avtomobilinə motosikletli şəxslər tərəfindən silahlı hücum olub.
Oxu.Az Türkiyə KİV -nə istinadla xəbər verir ki, 8-10 dəfə güllələnən nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Aktrisa polisə açıqlamasında şübhələndiyi şəxsin olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
