Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyənin ən yaxşıları: Siyahıda Kamil Hacıyevin qrupu yer alıb
Türkiyənin “Hürriyet” qəzeti 2016-cı ilin ən yaxşı albomlarını müəyyənləşdirib.
Oxu.Az Qafqazinfo-ya xəbər verir ki, siyahıda Kamil Hacıyevin rəhbərlik etdiyi “No land” qrupu da var.
Qəzet yazır ki, qrupun bütün mahnıları “Aramızda” adlı albomda cəmləşib. Ora Türkiyə türkcəsi və azərbaycanca ifa edilən mahnılar daxildir. Musiqilərə yazılan sözlərin əksəriyyəti Vüqar Həsəniyə məxsusdur.
Bu məqamda qeyd edək ki, “No Land” 2012-də iranlı Sahand Lesaninin (elektrik gitara), türkiyəli Məmməd Akif Ərsoyun (akustik gitara) və azərbaycanlı Kamil Hacıyevın (vokal, skripka) bir araya gəlməsindən sonra qurulub. Daha sonra Çağatay Vural (bass gitara), Can Kalyoncu (baraban), Hazal Akkerman (violonçel, vokal) qrupa qatılıb.
Bundan əlavə, 2016-cı ilin ən yaxşı albomu siyahısında Kalben də var.
Türkiyə musiqi tarixinə yeni nəfəs gətirən ifaçının “Kalben” adlı albomu böyük səs-küyə səbəb olub.
Kaan Tangöze - “Gölge etme”
Ayşegül Aldinç – “Sekiz”
Sıla – “Mürekkep”
Sertap Erener- “Kırık kalpler albümü”
Kenan Doğulu- “İhtimaller”
EYPİO – “Günah benim”
A.S.
www.oxu.az
Rəylər