Avq
2019
19:48
81
48
3840
Virtual karabakh

Britaniyalı müğənni 7.3 milyonluq rekordu qırdı - FOTO

3 Avq, 2019
19:48
3840

Britaniyalı müğənni 7.3 milyonluq rekordu qırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“The Devide” adlı turneyə çıxan britaniyalı məşhur müğənni Ed Şiran rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, mayın 24-də Fransada konsert verən Edi üst-üstə 7315970 insan izləyib.

Beləliklə, sənətçi “U2” qrupunun 20 iyul 2011-ci ildə göstərdiyi 7.3 milyonluq tamaşaçı göstəricisini kölgədə qoyub.

Bununla yanaşı, Edin qastrollardan yığdığı qonorar da kifayət qədər yüksək olub. Musiqiçi öz sərvətini 736 milyon dollar artırıb.

Müğənninin “The Devide” turu iki il yarımdır davam edir və hələ də bitməyib. Belə ki, D.Şiranı daha 12 konsert gözləyir.

Ed şəxsi “İnstagram” hesabında konsertindən olan fotonu paylaşaraq bu sözləri yazıb: “Bu gün “The Devide” turu “U2” qrupunun rekordunu qırdı və tarixdə ən çox ziyarət edilən konsert oldu. Konsertə gələn hər kəsə təşəkkür edirəm. Bunu heç vaxt unutmayacağam”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri