Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nigar və Eldarın “Avroviziya”dakı birinciliyi Türkiyədə dərsliklərə salındı - FOTO
2011-ci ildə “Avroviziya” beynəlxaq mahnı müsabiqəsində Azərbaycana qalibiyyət gətirən müğənnilər Nigar Camal və Eldar Qasımovun birinciliyi Türkiyədə dərsliklərə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nigar Camal sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Yedi İklim Türkçe” dərsliyində həmyerlərimizin uğurundan yazılıb:
“56-cı “Eurovision” musiqi yarışması 14 may 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilib. Yarışmanın birincisi 221 xalla Azərbaycan oldu. Azərbaycanın mahnısını Eldar və Nigar söyləyib. İtaliya 189 balla ikinci, İsveç isə 185 balla üçüncü olub”.
Qeyd edək ki, Nigar və Eldar “Running Scared” mahnısı ilə ilk dəfə ölkəmizə birincilik gətirmişdi. Həmin il isə Türkiyə yarışmada iştirak etməmişdi.
Sevinc Yasinqızı
Rəylər