20 
İyl
2022
22:18
311
68
4255
Virtual karabakh

Bakıda Eyyub Yaqubov küləyi əsdi – FOTO/VİDEO

20 İyl, 2022
22:18
4255

Bakıda Eyyub Yaqubov küləyi əsdi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Yaşıl Teatrda Xalq artisti Eyyub Yaqubovun konsert proqramı baş tutub.

Oxu.Az xəbər verir ki, E.Yaqubov sevilən mahnıları ilə tamaşaçılar qarşısında çıxış edib. 

Tədbirin aparıcısı Əməkdar artist Elnur Kərimov olub.

Günün əsas səbəbkarı Eyyub Yaqubov isə mediaya açıqlamasında “Baxmayaraq ki, illərdir təcrübəm var, ancaq yenə də ilk günkü həyəcanı yaşayıram” deyib:

“Sevinirəm ki, Bakımızın gözəl məkanında növbəti konsertimizi veririk. Əziz tamaşaçılarımla görüşmək mənim üçün çox xoşdur. Hər kəsə sevgi dolu günlər arzu edirəm”.

Konsertin bədii rəhbəri, estrada müğənnisi Fuad Musayev isə açıqlamasında Eyyub Yaqubovla birlikdə çalışdığı üçün böyük sevinc hissi yaşadığını bildirib:

“Bütün  biletlər hamısı satılıb, bu da Eyyub bəyin necə sevildiyinin bir nümunəsidir. Məni bədii rəhbər olaraq Eyyub bəy dəvət edib,  mən də sevə-sevə qəbul etmişəm. Tamaşaçıları bu konsertdə keyfiyyətli musiqi gözləyir”. 

Konsertdə bir çox məşhur simalar iştirak edib. Bunlardan biri də Xalq artisti Cavan Zeynallı olub. O dostu E.Yaqubova səhnədə öz mahnıları ilə çıxış edərək dəstək göstərəcəyini bildirib:

“Bu gün burda əziz dostum Eyyubun möhtəşəm bir konserti olacaq. Mən də sehnede orkestrla birlikdə öz repertuarımdan musiqilər səsləndirəcəm”.

Konsertdə Dövlət Televiziyasının solisti Fuad Musayev və “Big band sound pro” qrupunun solisti Natəvan Cəbizadənin də canlı ifaları yer alıb.

Qeyd edək ki, Eyyub Yaqubov eyni konsert proqramı ilə sabah da çıxış edəcək.

“Global Photo Stock”un əməkdaşı konsertdən fotolar lentə alıb.

Dilşad Bəhruzqızı

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri