Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Alek Bolduin ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunub
Aktyor Alek Bolduin “Rust” (“Pas”) filminin çəkilişləri zamanı odlu silahdan açdığı təsadüfi atəş nəticəsində operator Qalina Hatçinsi ehtiyatsızlıqdan qətlə yetirməkdə ittiham olunub.
Ukrayna əsilli Hatçins 2021-ci ilin oktyabrında öldürülüb. Bolduin təsadüfən onun sinəsinə tapança ilə atəş açıb.
Filmin rejissoru Joel Souza da çiynindən yaralanıb, lakin sağ qalıb.
Hadisə aktyorun filmdən bir səhnəni məşq edərkən yaşanıb. O, tapançanın boş patronlarla doldurulduğundan əmin olub. Tapançadakı güllə isə həqiqi olub.
Çəkilişlərdə silahlara cavabdeh olan Hanna Qutyerres Red də eyni ittihamla mühakimə olunacaq.
Mənbə: BBC
"Ukrayna" teqi üzrə xəbərlər
- KİV: "ABŞ Ukraynadan Rusiya ilə tezliklə atəşkəsə razılaşmağı tələb edir"
- KİV: "Ukrayna və ABŞ Ər-Riyadda keçiriləcək danışıqlara hazırdır"
- Trampın müşaviri Rusiya və ABŞ-ni münasibətləri bərpa etməyə çağırıb
- Fidan: "Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər"
- Aİ-nin fövqəladə sammitinə gələn Zelenski: "Artıq özümüzü tərk edilmiş hiss etmirik"