"Bu gün özümüzü çox xoşbəxt hiss edirik. Ailəlikcə doğma torpağımıza qayıdırıq".
Oxu.Az xəbər verir ki, bu sözləri Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Şəhla İsmayılova deyib.
O bildirib ki, Ağdam rayonunun Seyid kəndindəndir:
"Qızımla, bacımla birlikdə qayıdırıq. Mən 30 yaşımda doğma torpağımdan çıxmışam. İndi artıq 64 yaşım var. Prezidentimiz çox sağ olsun ki, bu gün bizə belə bir şərait yaradıb və doğma torpaqlarımıza qayıdırıq. İgid oğlanlarımızın qarşısında baş əyirik, Allah şəhidlərimizə rəhmət eləsin. Onların valideynləri qarşısında da baş əyirik. Mənim öz qardaşım da veterandır, qazidir. Şükür bu günə! O çətin günləri biz görmüşük, indi isə xoş niyyətlə Ağdama qayıdırıq".