Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib
Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kəndə yeni köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak edib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan ilk köç karvanı artıq kəndə çatıb.
Həsənriz kəndinə ilk köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ilk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülür.
Həsənriz kəndinə ilk köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.
