Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Allahverdi Bağırovun qızı: "Ağdamda atamın büstü qoyulacaq"
"Yaxın vaxtlarda Ağdamda atamın büstü qoyulacaq. Bununla bağlı dekabrın 24-də xüsusi nümayəndə Emin Hüseynovun qəbulunda olduq. Daha sonra onun köməkçisi bizimlə əlaqə saxladı və bildirdi ki, yaxın zamanlarda büst Ağdama aparılacaq".
Oxu.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun qızı, Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova deyib.
"İmarət stadionuna atamın adının veriləcəyini deyirlər. Millət vəkili Aqil Abbas bizə bildirdi ki, belə bir təkliflə çıxış ediblər. Ona görə də, büstün o istiqamətdə qoyulmasını arzulayırıq. Ümumilikdə isə bizim üçün ciddi fərq yoxdur, Ağdamın hər yeri atamı xatırladır, haraya qoysalar, qəbulumuzdur. Yəqin ki, bunu Ağdamın planına uyğun edəcəklər", - deyə A.Bağırova bildirib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən Oxu.Az-a bildirilib ki, bu barədə quruma müraciət daxil olub, hazırda məsələyə baxılır. Qərar olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
- İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
- Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
- İrandan Azərbaycana 22 kiloqram narkotik vasitə keçirmək istədilər: Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR