Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əli Əsədov COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançez, İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və FIFA-nın prezidenti Canni İnfantino ilə görüşlər keçirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Konqo arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Həmçinin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan-Misir əlaqələrinin cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Bildirilib ki, görüşdə COP29-un iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi baxımından qlobal əhəmiyyəti vurğulanıb.
Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun ilə görüşüb.
Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Baş nazir Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Esvatini Krallığının Baş naziri Rassel Dlamini ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılıqlı maraq doğuran bir sıra sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib
- Əli Əsədovdan hava hücumundan müdafiə işləri ilə bağlı QƏRAR
- Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR
- Mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır
- "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilib