Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Oxu.Az President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, Q.İsrafilov 2021-ci il iyulun 26-da həmin vəzifələrə təyin olunmuşdu.
Qaynar xətt:
(055) 224 12 12