Bakıda Fransa kolonializminə həsr olunan "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, bu, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.
Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, eləcə də deputatlar və s. iştirak ediblər.
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "İmperial quruluş: Müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda beynəlxalq elmi konfransın "Müqavimət və dekolonizasiya" mövzusunda ikinci panel müzakirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə tanınmış alimlər, hüquq müdafiəçiləri və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri iştirak ediblər.
Paneldə müasir müstəmləkəçilik meyilləri və onların dəf edilməsi yolları müzakirə edilib.
Bakıda "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" adlı beynəlxalq elmi konfrans çərçivəsində "Kolonializmin İdeoloji Əsasları" mövzusunda panel sessiyası keçirilib.
Oxu.Az xəbər verir ki, sessiyada Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, Əlcəzair Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər Şakib Benhafri, Milli Məclisin deputatları Nigar Məmmədova, Pərvanə Vəliyeva, ADA Universitetinin dosenti Murat Özkale iştirak ediblər.
Çıxışçılar Fransanın müstəmləkə siyasəti, neokolonizmdən əziyyət çəkən ölkələrin səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılırması, problemin həll yolları və digər bu kimi məsələlərə toxunublar.
Bakıda Fransa kolonializminə həsr olunan "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutur.
Qeyd edək ki, bu, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.
Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar və s. iştirak edirlər.
Tədbir iki gün davam edəcək.
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib