Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfransın yekun sənədi oxunub.
Oxu.Az xəbər verir ki, sənədi Qərbi Azərbaycan İcmasının üzvü, Beynəlxalq Final Universitetinin üzvü Hüseyin Işıksal oxuyub.
O bildirib ki, Ermənistandan didərgin düşmüş şəxslərin qayıdış hüququ, onların irsinin qorunması sülh üçün əhəmiyyətlidir:
"Konfransda Prezident İlham Əliyevin müraciətini dinlədik və bu, müzakirələr istiqamət verdi. Qərbi Azərbaycan İcmasının əvvəlki iki konfransının da nəticələrini nəzərə alaraq qeyd edirik ki, 2025-ci il 8 avqustda ABŞ Prezidentinin şahidliyi ilə razılaşmanı alqışlayırıq. Ermənistandan didərgin düşmüş şəxslərin qayıdış hüququna dəstəyimizi ifadə edirik. Məscidlərin, məzarlıqların və digər tarixi yerlərin qorunması, yenidən dirçəldilməsi, reinteqrasiyası həyati əhəmiyyət kəsb edir. Qayıdacaq azərbaycanlıların reinteqrasiyasına humanitar yardımın və inkişaf proqramının qəbulunun zəruriliyini vurğulayırıq. Ermənistan hökuməti beynəlxalq öhdəliklərə uyğun olaraq didərgin düşmüş vətəndaşların könüllü qayıdışını təmin etməyə, lazımi addımlar atmağa, Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa səsləyirik. Konfransın nəticələri beynəlxalq təşkilatlara, ölkələrə çatdırılacaq".
Aqil Vəlili
Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III Beynəlxalq Konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, toplantı mədəni irsin qorunmasını və dirçəldilməsini, ləyaqətli qayıdışın təminatını, həmçinin ədalət, barış və sülhə aparan yolu müzakirə etməyi hədəfləyir.
Tədbirin məqsədi qayıdış hüququnu mədəni irsin qorunması və bərpası üçün əsas çərçivə kimi təsdiqləmək, Ermənistan ərazisində Azərbaycan mədəni irsinin mövcud vəziyyətini qiymətləndirmək, onun qorunması və dirçəldilməsi üçün hüquqi, diplomatik və texniki alətləri müəyyənləşdirmək, həmçinin sözgedən məsələni ədalətə, barışığa və dinc birgəyaşayışa aparan vasitə kimi təşviq etməkdir.
Tədbirdə "Qayıdış hüququ və mədəni irs: Hüquqi və mənəvi əsaslar", "Maddi irs: Qayıdışın fiziki təməllərinin qorunması", "Qeyri-maddi irs: Qayıdışın canlı əsaslarının dirçəldilməsi", "Beynəlxalq əməkdaşlıq: Qlobal dəstəyin səfərbər olunması" panellərində 60-dan çox ölkədən gələn 100-dən artıq xarici qonaq və yerli iştirakçılar fikir mübadiləsi aparacaq.
Daha çox şəkil burada: Photostock.Az