Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə erməni təxribatını müzakirə etdi
Bu ilin 27 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.
Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.
ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsinin BMT baş katibinə məktubu qurumun sənədi kimi yayımlanıb
- Azərbaycandakı dini konfessiya rəhbərləri Kir Starmerə müraciət ünvanlayıblar
- BMT-də Azərbaycanın mina problemi və minatəmizləmə fəaliyyəti ilə bağlı sərgi təşkil edilib
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib