"Həmkarlarıma Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində son yeniliklər barədə məlumat verdim. Xüsusi olaraq ötən ilin avqust ayında tarixi Vaşinqton sammitindən sonra normallaşma prosesi istiqamətində atılan addımlar, müsbət tendensiyalar, etimad quruculuğu tədbirləri arasında baş verən dəyişikliklər barədə ətraflı məlumat verdim".
Oxu.Az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
"Biz ümumilikdə bu prosesi müsbət mənada şərh edirik, eyni zamanda, qeyd edirik ki, prosesin tam dayanıqlı sülhə çevrilməsi, normal dövlətlərarası münasibətlərin qurulması üçün sazişə yekun imzanın atılması üçün həlli vacib olan məsələləri tam yerinə yetirmək önəm kəsb edir", - deyə nazir əlavə edib.