Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib - FOTO
Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, diplomatik fəaliyyətinin son günlərində olan İran səfiri ilə görüşdən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov iki dövlət arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından razılıqla bəhs edib. Bu münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyevin töhfəsindən danışan nazir, hazırda hər iki dövlətin rəhbərləri səviyyəsində əməkdaşlıq münasibətlərinin inkişafına diqqətin göstərildiyini qeyd edib.
Ceyhun Bayramov, eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında münasibətlərin inkişafının və qarşılıqlı dəstəyin mövcud olduğunu bildirib. O, İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq hüquqa əsaslanan və Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən mövqeyini yüksək qiymətləndirib. Həmçinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat hadisəsi ilə əlaqədar İran dövlətinin ədalətli mövqeyinin ifadə edilməsinə görə səfirə təşəkkür bildirilib.
Səfir Cavad Cahangirzadə nazir Ceyhun Bayramova Azərbaycan Respublikası Prezidentinin etimadının göstərilməsi münasibətilə təbrikini səsləndirərək, İran Xarici İşlər naziri Cavad Zərifin isti salamlarını Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Cavad Cahangirzadə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
O, səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini bildirib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.
Cavad Cahangirzadə pandemiya ilə əlaqədar İranın çətin günlərində Azərbaycan tərəfinin ölkəsinə verdiyi dəstəyin unudulmayacağını qeyd edib.
İranın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyi vurğulanıb, beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı İran tərəfindən İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi başda olmaqla, Xarici İşlər nazirinin sözçüsü, İran parlamentinin deputatları səviyyəsində açıqlamaların verildiyi qeyd olunaraq, Azərbaycanın narahatlığının, həm də İranın narahatlığı olduğu dilə gətirilib.
Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Cavad Cahangirzadəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycanla Serbiya arasında mövcud strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək
- XİN başçısı: "Ermənistandan qətiyyətli addımlar gözləyirik"
- XİN başçısı: "Araz çayı üzərində körpü tikintisi davam edir"