“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Bu gün apardığımız görüşlər nəticəsində ikitərəfli münasibətlərlə paralel olaraq çoxşaxəli formatlarda da işbirliyimiz barədə fikir mübadiləsi apardıq. Regionda üçtərəfli münasibətlər də bizim üçün əhəmiyyət kəsb edir. Yaxın aylar ərzində bir neçə üçtərəfli formatda görüşümüz həyata keçiriləcək”, - deyə XİN başçısı vurğulayıb.
“Hesab edirik ki, region ölkələri arasında normal qonşuluq münasibətləri olmalıdır. Bu, tarixi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır”, - o deyib.
Nazir qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sabitliyin qorunmasının vacib faktorudur.
Aysel Aslan