Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dağıdılan tarixi abidələrimiz bərpa olunur: Şuşadan yeni GÖRÜNTÜLƏR
Şuşada dağıdılan tarixi abidələrimiz bərpa olunur.
Artıq Aşağı Gövhər Ağa Məscidi istifadəyə verilib. Təmir-bərpa işləri aparılarkən məscidin memarlıq üslubu qorunaraq saxlanılıb.
Belə ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb.
"Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş." mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.
Həmçinin Şuşaya yeni su xətləri çəkilib və içməli su təminatı artırılıb.
Sutəmizləyici qurğu təmir olunaraq yenidən istifadəyə verilib və bütün avadanlıqlar yenisi ilə əvəz olunub.
Ətraflı Baku TV-nin süjetində:


"Baku TV" teqi üzrə xəbərlər
- ABŞ-nin 24 %-lik tarifinə Malayziyanın cavabı
- Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"
- Şadlıq sarayları toydan sonra niyə ƏDV qaytarmır? - Xəbərlərin 20:00 buraxılışı
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət necədir?
- Hayk mifinin arxasındakı həqiqət: Nuh peyğəmbərin nəsli əslində kimlərdir?