Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputat: Himnimizdəki xəta aradan qaldırılmalıdır
Azərbaycanın gerbi, himni və bayrağına yenidən qayıdılmalı və komissiya yaradılmalıdır.
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Dövlət Gerbinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” qanun layihələrinin müzakirəsində bildirib.
O qeyd edib ki, “himnimizdə “hüququndan keçən əsgər” sözü 1918-ci ilə olan variantda olmayıb.
“Bu, 1992-ci ildə Xalq Cəbhəsinin dövründə edilib. Düzdür, onlar dəyərlərimizi yüksəkliyə qaldırmaq istəyiblər, sağ olsunlar, amma bəsitliyə yol veriblər.
Biz də bu günə kimi bunu belə oxuyuruq. Ona görə bu xəta aradan qaldırılmalıdır”, - deyə deputat qeyd edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- Şöbə müdiri: "Azərbaycanda uşaqların 15 faizi nikahdankənar doğulur"
- Nazir müavini: "Boşanmaya müraciət edənlərin 20 faizi psixoloqa müraciətdən sonra fikrini dəyişir"
- Sahibə Qafarova Gürcüstanın baş naziri ilə görüşüb
- Milli Məclis İsveç parlamentinin bəyanatını rədd edib
- Deputat: "Son 200 ildə ermənilər və havadarları azərbaycanlılara etnik təmizləmə siyasəti aparıb"