Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputatdan autizmin erkən aşkarlanması ilə bağlı TƏKLİF
"Autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı təklif edib.
Onun sözlərinə görə, uşaqlar arasında bəzi spektrum pozuntuları var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir:
"Bu gün genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir. Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perspektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcək. Bu problemin həllinə bu cür sistemli yanaşma hazırda səhiyyə və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmış olacaq".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Parlament yetkinlik yaşına çatmayanların işləri ilə bağlı əsasnaməyə dəyişikliyi qəbul edib
- Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
- Parlament Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlərə "hə" dedi
- "Diplomatik xidmət haqqında" yeni qanun layihəsi son oxunuşda təsdiqlənib
- Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir - Parlament TƏSDİQLƏDİ