Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Bakıdakı "Ana harayı" abidəsini ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əməkdaşları abidənin önünə çiçək dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Fevralın 26-sı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib.
Abidə önünə gül dəstələri düzən Müdafiə Nazirliyinin rəhbərliyi faciə qurbanlarının xatirəsini dərin hörmətlə anaraq ehtiram nümayiş etdirib.
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin əməkdaşları da Xocalı faciəsi zamanı həlak olanların xatirəsini yad ediblər.
Dövlət və hökumət rəsmilərinin "Ana harayı" abidəsini ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev və qurumun əməkdaşları abidənin önünə çiçək dəstələri düzüb, Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər.
Həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və rəhbərlik etdiyi qurumun işçiləri Xocalı faciəsinin qurbanlarının xatirəsini anıblar.
Başda Elçin Quliyev olmaqla Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və nümayəndələri də "Ana harayı" abidəsini ziyarət ediblər.
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Bakıdakı "Ana harayı" abidəsini ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, ölkəmizdəki dini konfessiyaların rəhbərləri abidəni ziyarət edərək, qarşısına tər çiçəklər düzüb, soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Milli Məclisin deputatları da Xocalı faciəsinin qurbanlarının xatirəsini yad ediblər.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev və rəhbəri olduğu qurumun əməkdaşları "Ana harayı" abidəsini ziyarət ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizov və qurumun əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və qurumun əməkdaşları da "Ana harayı" abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin "Ana harayı" abidəsini ziyarəti başlayıb.
Oxu.Az xəbər verir ki, respublikanın baş prokuroru Kamran Əliyev və Baş Prokurorluğun əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da "Ana harayı" abidəsini ziyarət edib, faciə qurbanlarını yad edib.
Mədəniyyət naziri Adil Kərimli və qurumun əməkdaşları da Xocalı sıyqırımının qurbanlarını yad edib, "Ana harayı" abidəsinin önünə gül dəstələri düzüblər.
Xatırladaq ki, Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- Xocalı sakini göz yaşlarını saxlaya bilmədi: "Elə bir ev yoxdur ki, ora erməni zərbəsi dəyməsin"
- Xocalıda sağ qalmaq: Donmuş meyitlər, aclıq, işgəncələr - Əsirlikdən qurtulan şahid danışır
- Türkiyənin DİN rəhbəri Xocalı soyqırımının qurbanlarını yad etdi
- Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar paylaşım etdi
- Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib