Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əlilliyi olan şəxslər üçün yeni vergi güzəşti TƏSDİQLƏNDİ
Əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcəklər.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.
Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev və Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iştirak ediblər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Pezeşkianın Bakı səfərindən görüntülər paylaşılıb
- Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Prezident Pezeşkian: "İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər"
- Azərbaycan Prezidenti: "Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir"