Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əməkdar jurnalist 20 Yanvar faciəsindən DANIŞDI
"Gözümüzü açıb gördük ki, camaatı qırıblar, şəhəri gülləbaran ediblər. Küçələr meyitlə, qanla dolub. Adam bilmirdi ki, həmin dövrdə nə yazsın. İstəyirdin, elə bir şey yazasan ki, kimsə oxuyanda dərdi soyusun. Ən güclü yazıçılar belə o cür səhnələri ağlına gətirib yaza bilməzdilər".
Oxu.Az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında 20 Yanvar faciəsindən bəhs edən məşhur "Şəhidlər" kitabının müəllifi Rafiq Səməndər deyib.
"Gördüyüm o səhnələri evə gələndə sadəcə qeyd edirdim. Beləcə bir də gördüm ki, qeydlərim həddindən artıq çoxdur və bunları kitab şəklində nəşr etdirmək qərarına gəldim. Daha sonra "Dalğa" proqramında xalqa müraciət etdim, yazdıqlarımdan dinləyicilərə oxudum. Çox müsbət rəylər eşitdim. Hətta gecə saatlarında görkəmli şairimiz Bəxtiyar Vahabzadə zəng edib "Qorxma, yaz, mən sənin arxandayam, yanındayam" dedi. Beləliklə, mən yazmağa başladım. 20 Yanvar şəhidlərinin ildönümündə kitab hazır oldu, 150 min tirajla çap olundu. Təxminən bir həftə ərzində isə qurtardı", - deyə o bildirib.
Ətraflı süjetdə:

"20 Yanvar - Ümumxalq Hüzn Günü" teqi üzrə xəbərlər
- Zəngəzur dəhlizi: Azərbaycanın haqlı olduğu daha bir layihə
- Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı detallar AÇIQLANDI
- Lənkəranda törədilən iğtişaşlardan 35 il ötür: "Onlar müstəqilliyimizin əsasını qoydular"
- 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turniri keçirilib
- Məzahir Niftiyev: "Bizdən tələb edirdilər ki, təcili Bakı Buxtasını tərk edək"