"Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək:
"Biz birlikdə yeni işlər görəcəyik", - Ərdoğan bəyan edib. Dövlət başçısı təfərrüatı açıqlamayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti ilə Pakistanın baş naziri Ankarada bir araya gəliblər.
Ərdoğan: "Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq"