Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hökumənin həyatı film olur
Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə hazırlaşır.
Oxu.Az xəbər verir ki, qısametrajlı sənədli film 25 dekabr 2024-cü ildə Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin bort bəllədçisi Hökumə Əliyevanın həyatından bəhs edəcək.
Filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılır. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru AKİ İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.
"Hökumə Əliyeva" teqi üzrə xəbərlər
- Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva adına təqaüd proqramı TƏSİS EDİLDİ
- Hökumə Əliyevanın əşyaları Tarix Muzeyinə verildi
- Kaş təyyarəmizi vuranlara ölüm hökmü verilə - Hökumənin atasından REAKSİYA
- Hökumə Əliyevanın atasının bank kartından oğurluqda şübhəli bilinən şəxsin saxlanılma GÖRÜNTÜLƏRİ
- Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs SAXLANILDI