Dövlət Gömrük Komitəsinin iki əməkdaşına ali xüsusi rütbələr verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncamı yanvarın 29-da prezident İlham Əliyev imzalayıb.
Sənədə əsasən, Bakı Baş Gömrük İdarəsinin rəisi Məmmədov Kənan Ələsgər oğlu və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Rəsulov Məsum Eynalı oğluna gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.