Noyabrın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər.
14.11.2015 15:59
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.
Oxu.Az-ın məlumatına görə, Antalyanın beynəlxalq aeroportunda Azərbaycan prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.