Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İqtisadi Şuranın növbəti iclası keçirildi: Müvafiq tapşırıqlar verildi
Oktyabrın 10-da Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları", ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.
Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Mərkəzi Bankın sədri Taleh Kazımov və iclasda iştirak edən Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev çıxış ediblər.
Gündəlikdə ikinci məsələ olaraq "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məsələlər də ətraflı müzakirə olunub. Məsələ üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzələri dinlənilib.
Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
- Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydasında dəyişiklik edilib
- Dərman vasitələrinin dövlət reyestri "Elektron hökumət" portalına qoşulacaq
- Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib
- Prezident iki publik hüquqi şəxsi ləğv etdi