İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz “twitter” səhifəsində yazıb.
Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub.
“Milliyyət” qəzetinin məlumatına əsasən, qərarı yalnız Misir dəstəkləməyib.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.
S.B.
www.oxu.az