Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Litvalı jurnalist azərbaycanlıların sonuncu deportasiyasına aid fotoşəkillərlə tanış olub - FOTO
Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında görüşlər baş tutub.
Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Bildirilib ki, icmada Litvadan olan hərbi jurnalist Riçardas Lapaitis ilə icmanın Ziyalılar Şurasının sədri Elxan Hüseynov arasında görüş keçirilib.
Görüş zamanı şura sədri litvalı qonağa indiki Ermənistan ərazisində son 200 ildə soydaşlarımızın başlarına gətirilən fəlakətlər, deportasiyalar barədə məlumat verib.
Riçardas Lapaitis öz növbəsində Azərbaycan xalqının başına gətirilən fəlakətlərə hələ Xocalı soyqırımı zamanı şəxsən şahid olduğunu, Qərbi Azərbaycanlıların yaşadıqları ağrı-acı barədə də araşdırmalar aparacağını bildirib. Görüşün ardından icma sözçüsü Ülviyyə Zülfiqar litvalı qonağı sonuncu 1987-91-ci illər deportasiyasına aid olan fotoşəkillərdən ibarət sərgi ilə tanış edib, əlavə məlumatlar verib.
Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan artıq ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcəklər.
"Ülviyyə Zülfiqar" teqi üzrə xəbərlər
- İcma rəsmisi: "Ermənistan hökuməti evlərimizi, müqəddəs yerlərimizi ziyarət etməyimizə mane olur"
- Xronika: "Qərbi azərbaycanlıların siyahıya alınması yekunlaşıb, torpaqlarına könüllü qayıdacaqlar"
- Qərbi Azərbaycan Xronikası: "Təpəbaşı məscidinin imam otağında erməni ailələri məskunlaşıblar"
- ICESCO-nun nümayəndələri Qərbi Azərbaycan İcmasında olublar - FOTO/VİDEO
- İcma sözçüsü: “Beynəlxalq təşkilatları ikili standartlara son qoymağa çağırırıq”