Rusiya Federasiyasının prezidenti yanında beynəlxalq menasibətlər üzrə Şuranın üzvü Maksim Şevçenko “Vestnik Kafqaza”nın müxbiri ilə söhbəti zamanı Cənubi Qafqazda son hadisələri, Ermənistanın Avrasiya İqtisadi İttifqaına daxil olmasını, rusiya-azərbaycan diplomatik əlaqələrin fəallaşmasını və bazar ertəsi parisdə Dağlıq qarabağ münaqişəsinin nizamlanmasna dair danışıqların növbəti mərhələsini Rusiya və Azərbaycanın qələbəsi adlandırıb.
“Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyəti, Sergey Şoyqunun Bakıya səfəri, - bu dövlətlərin ümumilikdə mürəkkəb ölkələrə xas, mürəkkəb gündəmə malikdirlər.amma bu gündəm müzakirəedilən, formalaşdırılandır və bütün suallar həll edilir”, - Şevçenko vurğulayb.
Rusiya diplomatiyasının son cənubiqafqaz qələbələri arasında ekspert ilk növbədə İlham Əliyev və Serj Sarkisyanın Paris görüşünü vurğulayıb. “Görüşün baş tutması – artıq nəticədir, yayda və payızda eşidilən atəş səslərinin ardından başlayan dialoqun davamıdır – bu böyük qələbədir. Bu eyni zmanda rusiya diplomatiyasının qələbəsidir, çünki Ermənistanın Avrasiya iqtisadi İttifaqına daxil olmasının Azərbaycan üçün təhlükə olmadığını, əksinə həllolunmaz görünən Qarabağ probleminin həlli üçün imkan olduğunu açıqlayıb”, - o hesab edir.
Oxu.Az Vestnik Kafqaza-ya istinadən xəbər verir ki, Şevçenko Ermənistanın Gömrük İttifaqına daxil olması Dağlıq Qarabağ münaqişəsi ərazisində işlərin gedişatını dəyişəcəyini bildirib. “İrəvanın Gömrük İttifaqına daxil olması – çox vacib məsələdir, çünki bu Azərbaycanın əvvəldən dediyi kimi gömrük məntəqələrinin qoşunların təmas xəttində deyil, BMT-nin Ermənistan və Azərbaycan arasında təsdiqlədiyi sərhədlərdə qoyulacaq. İndi isə bu regionda gömrük rejimniin necə həyata keçiriləcəyi məsələləri həll edlir. Çünki söhbət erməni gömrük sərhəddindən deyil, Gömrük ittifaqının gömrük sərhəddindən gedəcək. mənə elə gəlir ki, bu mürəkkəb prosedurdur və konstruiktiv şəkildə həll ediləcək”, - ekspert əminliklə bildirib.
O, Dağlıq Qarabağ probleminin nizamlanması yalnız qonşuların yardımı ilə mümkündür. “Mən çoxdan deyirdim ki, orada amerikaləların və avropalıların yardımı ilə heç nə həll etmək olmaz – Qərb bu münaqişənin uzanmasını istəyir, o bununla Cənubi Qfqazda nüfuz mənbəyi qazanmaq istəyir. Regiona sərhəddi olan dövlətlərlə siyasi müqavilələr əldə etmək mütləqdir, yəni Rusiya, İran, Türkiyə ilə. Son iki dövlət hələ ki, münaqişənin həllinə tamamən qoşulmayıblar, mən əminəm ki, Tehran və Ankara ilə məsləhətlər edilib, çünki onların iştirakı olmadan bu məsələləri həll etmək həddən artıq çətin olacaq. ona görə də münaqişə tərəflərinin danışıqlar prosesinə keçmələri ikiqat sevindiricidir”, - Maksim Şevçenko bildirib.
İrəvanın Avrasiya inteqrasiya proqramlarında iştiraklna dair Bakının mövqeyi, ekspertin sözlərinə görə ruhlandırır. “Bakının mövqeyi ruhlandırmaya bilməz. Bu, Qarabağ probleminin Azərbaycan üçün, onun əhalisi və hakimiyyəti üçün kəskinliyinə baxmayaraq konstruiktiv, dərkedilən, aydın mövqedir. Azərbaycan özünü mürəkkəb və ciddi dialoqa qadir dövlət kimi apardı”, - o, sözünü yekunlaşdırıb.
A.İ.
www.oxu.az