Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Moskvada MDB və Aİİ ölkələrinin baş nazirlərinin iclası başlayır
Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin baş nazirlərinin iclası işə başlayır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
MDB ölkələrinin baş nazirlərinin görüşü Rusiyanın sədrliyi ilə keçiriləcək. Gündəlikdə birlik məkanında ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri var.
"Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Energetika, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə, elektron ticarətin inkişafına xüsusi diqqət yetiriləcək", - Rusiya hökumətindən bildirilib.
Aİİ-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Onlar, eyni zamanda, MDB-nin üzvləridir. MDB-nin tərkibində hazırda doqquz ölkə var - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- Moskvada MDB və Aİİ ölkələrinin baş nazirlərinin iclasları keçiriləcək
- "Zeyd" Döyüş Mərkəzi Minsk şəhərində MFP-nin 257-ci beynəlxalq turnirini təşkil etdi
- Yaqub Eyyubov Paşinyanın müavini ilə Moskvada görüşdü
- MDB ölkələri hökumət başçıları Şurasının iclasının vaxtı AÇIQLANDI
- MDB ölkələri Avropada adi silahlara nəzarəti müzakirə ediblər