"Əmək Məcəlləsinə 457 dəyişiklik edilir və bu dəyişikliklər təkcə sayına görə deyil, həm də sanbalına görə böyük dəyişikliklərdir".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zaman deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda elektron hökumət qurulması istiqamətində böyük iş gedir və bunlar bizim hüquqi sənədlərdə də öz əksini tapmalıdır:
"Bu dəyişikliklər, eyni zamanda, bütün normaların bir standart çərçivəsinə gətirilməsi baxımından önəmlidir.
Əmək qanunvericiliyinə ailə vəziyyəti olan işçi, məsafədən iş, atalara doğuşla bağlı məzuniyyət və sair kimi yeni anlayışlar gətirilir".
Samir Əli