Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan daxili işlər naziri Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri ilə görüşüb.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən Oxu.Az-a verilən məlumata görə, R.Usubov həmçinin baş idarənin fəaliyyəti və BƏƏ xüsusi təyinatlılarının avadanlıqları ilə tanış olub.
Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
S.B.
www.oxu.az